07.07.2018
Gəncə Şəhər MKS-nin uşaq şöbəsində hər həftənin altıncı günü uşaqlar üçün “Film günü” keçirilir. Ənənəvi olaraq keçirilən film günündə əsas məqsəd uşaqların Azərbaycan cizgi filmlərinə olan marağını artırmaq, onlarda yoldaşlıq, dostluq, nəzakətlik, böyüyə hörmət və duyğu kimi keyfiyyətləri aşılamaqdır.
07.07.2018-ci il tarixində keçirilən film günündə uşaqlara “Gülzar nənənin nağılları” seriyasına aid olan “Rəşadətlə Boz ilanın nağılı” cizgi filminə tamaşa etdilər. Diqqətlə nağıla baxan uşaqlarla sonda maraqlı müzakirələr aparıldı. Onlar Piri babanın neçə oğlu vardı?, Piri baba nə üçün xəstə yatırdı?, Rəşadət heyvanların dilini hardan öyrənmişdi? və s. müxtəlif suallara ətraflı cavab verdilər.
Tədbirdə 28 uşaq iştirak etdi.