08.03.2023
07.03.2023-cü il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzində " 8 Mart beynəlxalq qadınlar günü" münasibətilə "Heydər Əliyev və qadın siyasəti" mövzusunda tədbir keçirildi. Tədbir vətən müharibəsində canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başladı. Tədbir iştirakçılarına Samux rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Heydər Əliyevin hakimiyyəti dövründə qadınların təhsilinə, onların dövlət səviyyəli məqamlarda yer almasına xüsusi önəm verməsindən geniş bəhs etdilər. Daha sonra tədbir iştirakçılarına "Heydər Əliyev və qadın siyasəti" mövzusunda hazırlanmış videoçarx izlənildi.