Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

YAP fəalları Naftalanda Heydər Əliyev Mərkəzinə ekskursiya edib

08.03.2023

“Heydər Əliyev İli” çərçivəsində Naftalan Şəhər İcra Hakimiyyəti və YAP Naftalan şəhər təşkilatının növbəti dəfə Naftalan şəhər Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub.

Ekskursiyada Naftalan ŞİHB-nin müavini Kəmalə Hüseynova, YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov, idarə müəssisə və təşkilatların gənc əməkdaşları iştirak ediblər.

Ekskursiya zamanı tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən eksponatlarla tanış olublar.

İştirakçılara Ümummilli Lider Heydər Əliyevin təkrarolunmaz həyat yolu, Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri haqqında geniş məlumat verilib.

 

77.8 KB