08.03.2023
06 mart 2023-cü il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Xidmət şöbəsi 44 günlük “Zəfər” tariximizi qanıyla, canıyla qazanaraq şəhid olan qəhrəmanlarımızdan biri Eltac Azər oğlu Quliyevin mövludu günü ilə bağlı “Sən can parçasısan Azərbaycanın” adlı anım günü təşkil edilib.
Tədbirdə ilk olaraq Azərbaycan torpaqları uğrunda canlarından keçən vətən fədailərinin-şəhidlərin ruhunu və həmçinin Türkiyə Dövlətində baş verən zəlzələ zamanı həlak olan insanların, körpələrin və 4 Azərbaycanlı tələbələrin ruhlarını 1 dəqiqəlik sükutla yad ededildi.
Tədbirdə şəhid atası Azər Quliyev, anası Aytən Quliyeva, bacısı Lalə dadaşova və yaxın qohumları, həmçinin yaxın dostu ,qazi Talıb, döyüş yoldaşı Zamiq gənc şəhidimizlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşdülər. Tədbirin qonaqları GDU-nun Tarix fakultəsinin dosenti Hüseyn Bəxtiyarov 44 günlük “Zəfər” tariximizlə bağlı gebiş çıxış etdi. AYB-nin Gəncə bölməsinin baş məsləhətçisi, şair Aləmzər Əlizadə, Əməkdar Mədəniyyət işçisi, şair Bəxtiyar Muradov, 10 saylı məktəbin müəlliməsi Kəmalə müəllimə şəhid valideynlərinə başsağlığı diləyərək “Şəhidlər bütöv Azərbaycanın balalarıdır” ifadəsini xüsusi vurğulayaraq, onlara daim başlarını uca tutmağı söylədilər. Bəxtiyar müəllim şəhidlərlə bağlı öz şeirini ifa etdi. Gəncə 30 nömrəli məktəbin şagirdləri, kitabana tətbirlərinin fəal iştirakçıları Nihat və Damla Məmmədli “Şəhidlər”, “Şəhid Anası” şeirləri ilə çıxış etdilər.
Sonda çıxış edən MKS-nin direktor əvəzi Gülünaz İsgəndərova iştirakçılara minnətdarlığını bildirərək şəhid ailələrinə Allahdan səbr dilədilər.