08.03.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 saylı kitabxana filialında 07.03.2023- cü il tarixində 8 Mart Beynəlxalq Qadınlar günü ilə bağlı “Dünyada ən uca zirvədir- Qadın” adlı söhbət keçirildi. Tədbir torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri filialın kitabxanaçısı Nailə Məmmədova açaraq, 8 Mart Beynəlxalq Qadınlar günü haqqında geniş məlumat verdi. Nailə Məmmədova bildirdi ki, 1975- ci il dünya qadınları üçün xüsusi əhəmiyyət daşıyır. Məhz bu il Beynəlxalq Qadınlar ili olaraq tarixə düşdü. Həmin ilin beynəlxalq qadın ili elan edilməsindən sonra BMT- də 1975- ci ilin 8 martını ilk dəfə Beynəlxalq Qadınlar Günü olaraq keçirildi. İki il sonra 1977-ci ildə isə nəhayət Birləşmiş Millətlər Təşkilatının Ümumi Qurultayında 8 mart , qadın hüquqları və beynəlxalq sülh günü olaraq qəbul edildi. Daha sonra Gəncə Şəhər Diyarşünaslıq evinin metodisti Leyla Əliyeva çıxış edərək, qadınları bayram münasibəti ilə təbrik etdi. Tədbirdə Gəncə şəhər Diyarşünaslıq evinin, Gəncə dövlət Rəsm Qaleriyasının və Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin bir qrup kollektivi iştirak etdi.