Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Evimizin nəşəsi qadın” adlı ümumrayon tədbiri keçirilib

08.03.2023

07.03.2023-cü il tarixində Xocalı rayon Mədəniyyət evində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə “Evimizin nəşəsi qadın” adlı ümumrayon tədbiri keçirildi. Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva, Gəncə Regional Mədəniyyət İdarəsinin Xocalı rayon üzrə baş məsləhətçisi Ruslan Bəşirov, Xocalı rayon mədəniyyət müəssisələrinin rəhbərləri və işçiləri, idarə, müəssisə rəhbərləri, şəhid ailələrindən olan qadınlar və rayon ictimaiyyəti iştirak etdilər. İlk öncə şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi. Xocalı rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva çıxış edərək qadınları, xüsusilə şəhid ailələrindən olan qadınları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etdi. O bildirdi ki, qadınlar Allahın yaratdığı uca varlıqlardır. Məhz onların verdiyi tərbiyə, çəkdiyi zəhmətlər hesabına Vətən uğrunda canından keçən mərd oğullar, şəhidlər yetişir. Buna görə də bizlər azadlığımızdan, asayişimizin qorunmasından ötrü şəhidlərə borclu olduğumuz kimi şəhid analarına da borcluyuq. O qeyd etdi ki, qadın istər evdə, ailədə, istərsə də ictimai-siyasi həyatda xalqı, milləti üçün böyük xidmətlər edə bilər və edir də. O həm öz evində, ailəsində Vətənə, xalqına ləyaqətli övladlar yetişdirməklə, həm də ictimai-siyasi həyatda öz prinsipial mövqeyi ilə xalqına xidmət edə bilir. Gəncə Regional Mədəniyyət İdarəsinin Xocalı rayon üzrə baş məsləhətçisi Ruslan Bəşirov Qadınlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir. Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın, ana adı ölkəmizdə həmişə uca tutulmuşdur. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli - mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Tariximizin və mədəniyyətimizin neçə-neçə şanlı, parlaq səhifəsi məhz onun adı ilə bağlı olmuşdur. Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etmişdir. Xalqımızın təfəkküründə ana məfhumu doğma yurdun, Vətən torpağının təcəssümüdür. Tarix boyu Azərbaycanda qadına – anaya daim böyük ehtiram və hörmət bəslənmiş, ana həmişə müqəddəs olmuş, namus, qeyrət rəmzi sayılmışdır. Sonda bayram münasibətilə konsert proqramı təşkil olundu, qadınlara hədiyyələr təqdim olundu.

 

144.4 KB

 

150.4 KB