Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Dilarə” hekayəsinin müzakirəsi keçirilib

05.03.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanın Uşaq şöbəsi 03.03.2023-cü il tarixində K.D.Uşinski adına 29 nömrəli orta məktəbdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi yazıçı, şair, nasir, dramaturq Cəfər Cabbarlının “Dilarə” hekayəsinin müzakirəsini keçirtdi. Şöbənin mültimedia mütəxəsisi Səriyyə Abbasova əvvəlcə yazıçı haqqında ətraflı məlumat verdi. Sonra uşaqlarla Dilarənin nə üçün məktəbə gedə bilməməsini, onun necə həyat tərzi sürdüyünü, palçıqcı Bəşirin düşdüyü acınacaqlı vəziyyəti və atanın çarəsizliyini müzakirə etdilər. Tədbiri keçirtməkdə məqsədimiz məktəbliləri mütaliəyə həvəsləndirmək və kitab oxumağa sövq etməkdir.

 

115.1 KB