Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Yol hərəkəti qaydalarını öyrənək!” adlı viktorina keçirilib

03.03.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin Psixoloq Qətibə Mustafayeva, Uşaq Təşkilatı Birliyinin rəhbəri Qənifə Nağıyeva, təsviri incəsənət müəllimi Mətanət Abbasova, Hərbi müəllimi Rəşad İbrahimov və V C sinif şagirdlərinin iştirakı ilə birlikdə 03.03.2023-ci il tarixində “Yol hərəkəti qaydalarını öyrənək!” adlı viktorina keçirtdi. Tədbirdə Vətən Müharibəsi şəhidlərinin xatirələri bir dəqiqəlik sükutla yad edildikdən sonra MKS-nin 19 saylı
filialının müdiri Elza Əliyeva Yol hərəkəti qaydalarını bilməyin faydasından danışdı., “Qarabağ” və “Zəfər” komandaları arasında keçirilən viktorinada hər iki komanda onlara verilən tapşırıqların öhdəsindən məharətlə gəldilər.

Tədbirdə yol nişanlarına aid rəsm müsabiqəsidə təşkil edildi. Maarifləndirmə çərçivəsində şagirdlər yol hərəkəti nişanları və nəqliyyat növlərinə aid müxtəlif şeirlər və açıq havada təşkil edilmiş səhnəciklərlə çıxışlar etdirlər. Tədbirin sonunda məktəblilərə yol hərəkəti qaydaları haqqında ətraflı məlumatlar verildi və yolda daha diqqətli olmaları tövsiyə edildi. Hər bir vətəndaşın özünü və yaxınlarını yollarda yarana bilən təhlükələrdən qoruya bilməsi üçün yol təhlükəsizliyi qaydalarına riayət olunmasının vacibliyi iştirakçıların diqqətinə çatdırıldı.

 

82.1 KB