03.03.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı məşhur Azərbaycan şairi, nasiri Zahid Xəlilin “Dəmir yumruq dastanı” kitabının təqdimatını keçirtdi. Tədbir Azərbaycanın suverenliyi və ərazi bütövlüyü eləcədə xalqımıza qarşı törədilmiş soyqırımlarda həlak olmuş Şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbiri 15 saylı filialın müdiri Şəhla İlyasova apardı. Qeyd etdi ki, məşhur uşaq yazıçısı Zahid Xəlilin Vətən müharibəsinə həsr edilmiş “Dəmir yumruq dastanı” kitabında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 Günlük Zəfər Yürüşü bədii, publisistik üslubda təqdim olunmuşdur. Kitabda canını Azərbaycanımız uğrunda fəda edən igidlərimizin bədii obrazları xüsusi ustalıqla ədəbiyyatımıza gətirilmişdir. Tədbirdə M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbin İbtidai sinif müəllimi Sədaqət Kazımova, həmin məktəbin kitabxana müdiri Aynur Rzayeva, kitabxanaçısı Xoşqədəm İbrahimova çıxış etdilər. Çıxışçılar belə bir kitabın məktəblilərə təqdim olunmasını onların vətənpərvər ruhda tərbiyələrinə və bədii zövqlərinin inkişafına müsbət təsir edəcəyini xüsusi olaraq qeyd etdilər.