Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Azərbaycanın Milli Qəhrəmanı”

10.07.2018

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində hər zaman vətənpərvərlik mövzusunda silsilə tədbirlər keçirilir. Məqsədimiz uşaq və yeniyetmələrdə Vətənə məhəbbət , fədakarlıq, qəhrəmanlıq, dözümlülük, məğlubedilməzlilik hisslərini aşılamaq, Vaxtaşırı Qarabağ müharibəsin zamanı igidlik göstərmiş Milli qəhrəmanlarımızı, şəhidlərimizi onlara tanıtmaqdır. Bu məqsədlə 10.07.2018-ci il tarixində Azərbaycanın Milli Qəhrəmanı Yusifov Roman Yasəf oğlunin anadan olmasının 45 illiyi münasibətilə “Vətən mənə oğul desə” başlığı altında söhbət keçirildi. Tədbiri şöbənin müdiri Ellada Rəhimova açaraq bildirdi ki, hər bir xalq öz müstəqilliyini, azadlığını əldə etmək üçün uzun mübarizələr yolu keçməli olur. Bunun üçün hər bir insanda ilk növbədə vətənpərvərlik hissi güclü olmalıdır. Vətən hamının and yeri olmalıdır. Bu gün tarixdə Azərbaycan əsgərindən örnək alınacaq, ideala çevriləcək coxlu qəhrəmanlıq salnaməsi vardır. Belə qəhrəmanlardan biridə 1973-cü ildə Dəvəçi rayonunda anadan olmuş Yusifov Roman Yasəf oğludur. 1995-ci il 17 martda ölkədə baş verən dövlət çevrilişinə cəhd zamanı qəlbi vətən sevgisi ilə döyünən Yusifov Roman bu hadisələrdə böyük fədakarlıq göstərir və vətənin müdafiəsi zamanı qəhrəmancasına həlak olur.Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Yusifov Roman Yasəf oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.Dəvəçi rayonunun Qalagah kəndində dəfn edilmişdir.Oxuduğu 2 saylı orta məktəb onun adını daşıyır.