02.03.2023
02.03. 2023-cü il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon mədəniyyət mərkəzi Sərkar kənd folklor evində Heydər Əliyevin irsi ilə bağlı "Xalqının xilaskar oğlu"adlı dəyrimi masa keçirilib.
Tədbirdə Sərkar kənd folklor evinin kollektivi, Sərkar kənd kitabxana filialının işçiləri, Sərkar kənd Nizami Gəncəvi adına tam orta məktəbin şagirdləri və müəllimləri iştirak etdilər .Tədbirdə qeyd edilib ki, Heydər Əliyev 30 ildən çoxunu Azərbaycan xalqına həsr edib. Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkənin qüdrətlənməsi üçün olan addımları, xalqa qayğısı daim göz önündə olub. Məhz Heydər Əliyevin fədakar əməyinin, uzaq görən rəhbərlik və təşkilatçılıq istedadının sayəsində həmin illərdə Azərbaycan beynəlxalq aləmdə nüfuzu artıb, ölkə daxilində siyasi sabitlik qorunub, iqtisadi və sosial həyat səviyyəsi yüksəlib. Azərbaycan dövlətinin,xalqının inkişafına həsr etmiş unudulmaz rəhbərimiz Heydər Əliyevi xatırlayırıq.Müasir Azərbaycan dövlətinin memarı və qurucusu,xalqının və dövlətinin müstəqilliyi ,inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş Ümummilli Lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir.
Sonda isə Sərkar kənd folklor evinin bədii-qiraət dərnək üzvüləri Ulu Öndər Heydər Əliyev haqqında şeirlər söyləyiblər.