01.03.2023
01.03.2023-cü il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon mədəniyyət mərkəzinin filialı Ziyadlı kənd sənətkarlıq evində 2023-cü il Ulu Öndər Heydər Əliyev ili ilə əlaqədar "Heydər Əliyevin irsi milli sərvətimizdir" adlı dəyirmi masa keçirildi.
Tədbirdə qeyd edildi ki, hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var.Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb,ən taleyüklü məqamlarda qalib rolu oynamışlar.Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət,qeyri-adi zəka, fitri istedad sahibi,müdrik dövlət xadimi kimi tarixə düşmüşdür.Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış,müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır.Azərbaycan zəngin ölkədir,onun istedadlı insanları,tükənməz təbii sərvətləri var, lakin bizim ən böyük sərvətimiz Heydər Əliyevin siyasi irsidir.Bu hədsiz sərvətin öyrənilməsi üçün konfranslar təşkil olunur Azərbaycan tarixinin Heydər Əliyev dönəmində əldə olunmuş naliyyətlər,demokratik hüquqi dövlət quruculuğunda Heydər Əliyevin irsi barədə çıxışlar edilir və digər tədbirlər həyata keçirilir.Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunun davam etdirməklə möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq,daha yüksək zirvələr fəth edəcəkdir.