28.02.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialında 27.02.23- cü il tarixdə Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri,xalq yazıçısı,istedadlı nasir, dramaturq və tərcüməçi Ənvər Qafar oğlu Məmmədxanlının anadan olmasının 110 illik yubileyi münasibətilə şairin həyat və yaradıcılıq fəaliyyətini oxuculara tanıtmaq,daha çox məlumatlandırmaq məqsədilə "Nəsrimizin xan çinarı" adlı ədəbiyyat saatı keçirildi.Tədbiri kitabxananın müdiri Natella Hacıyeva açaraq yazıçının həyat və yaradıcılığl haqqında məlumat verdi və vurğuladı ki, Ənvər Məmmədxanlı kimi yazıçıların əsərləri böyüməkdə olan nəslin tərbiyəsində,oxucuların vətənpərvərlik,humanizm, düşmənə nifrət,beynəlmiləlçilik ruhunda tərbiyə olmasında rolu böyükdür.