11.07.2018
11.07.2018-ci ildə MKS-nin 19 saylı kitabxana filialı Azərbaycanın nakam şairi Mikayıl Müşfiqin anadan olmasıının 100 illiyi ilə əlaqədar “Duyğu yarpaqları” başlığı altında şer gecəsi keçirdi.
Tədbiri giriş sözü ilə 19 saylı filialın müdiri Elza Əliyeva açaraq Mikayıl Müşfiqin həyat və yaradıcılığ; haqq;nda geniş məlumat verdi. O, bildirdi ki, Müşfiqi bütün nəsillərə sevdirən və adını yaşadan onun ürəkdən gələn səmimiyyət dolu poeziyasının xalq ilə bağlılığı, doğma Azərbaycanımızı böyük məhəbbətlə tərənnüm etməsi, qəlbləri ehtizaza gətirməsidir. Şairin gözəl hiss, axıcılıq və məna zərifliyi ilə zəngin, dilə-dodağa yatan, tez də yadda qalan şeirlərinin çoxu nəğmədən seçilmir. Müşfiq ədəbiyyat tariximizdə də, xalqımızın yaddaşında da, hamımızın qəlbində də otuz yaşlı çılğın, romantik, xəyallar dünyasında qanadlanan bir gənc kimi qalacaq. Ömrümüzün hər çağında alovlu şairin büllur kimi saf, axıcı misralarını xatırlayacaq, nəğmələrini dinləyəcəyik, amma içəri dünyamızda daima onun tükürpədici harayını da eşidəcəyik.
Tədbirdə iştirakçılar tərəfindən buir-birinin ardınca Mikayıl Müşfiqin ürəkləri riqqətə gətirən şerləri səsləndi.