Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Şəhidliyin Erkin Hüseynov zirvəsi” başlıqlı onlayın görüş keçirilib

28.02.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin 24 saylı kitabxana filialı 27.02.2023-cü il tarixdə vətənpərvərlik mövzusunda erməni təxribatının qarşısının alınmasında igidlik göstərərək şəhidlik zirvəsinə ucalan leytenant Erkin Hüseynovun xatirəsini anmaq məqsədi ilə "Şəhidliyin Erkin Hüseynov zirvəsi" başlıqlı onlayın görüş keçirdi. Görüşü açan kitabxana filialının müdiri Rahilə Qasımova leytenant Erkin Hüseynovun qısa lakin çox mənalı ömrü haqqında məlumat verdi. Tədbir iştirakçıları Erkin Hüseynovun və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan insanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Görüşdə Erkinin atası Ədalət, anası Laləzər və əzizləri, BDU-nin müəllimi Fəlsəfə üzrə doktor, dosent Nəzakət Salmanova, tələbə yoldaşları Səbinə Hüseynova , Mədinə İbrahimova, Zeynəb Manafova, Dinarə Allahverdiyeva, GDU-nin tələbəsi Xanım Mehdiyeva, AYB üzvü Gəncə YB baş məsləhətçisi şairə Aləmzər Əlizadə çıxış etdilər. Erkin 12 sentyabr 2022-ci ildə ermənilərin Kəlbəcər istiqamətində törətdikləri geniş miqyaslı təxribatın qarşısının alınması zamanı qəhmancasına şəhid olmuşdur. Onu tanıyan hər kəs Erkinin tərbiyəli, savadlı, vətənpərvər, istiqanlı biri olduğunu söylədilər. Erkini sevənlər qeyd etdilər ki, o uşaqlıqdan vətənini çox sevdiyini və böyüyəndə hərbiçi olub torpaqlarımızı qoruyacağını söyləyərdi. Nəzakət müəllimə danışarkən Erkinin həyat dolu böyük arzularla çırpınan ürəyinin susduğuna inana bilmədiyini dedi. Erkin həm də ailənin yeganə övladı olub. Ölümündən sonra Erkin Hüseynov Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Rəşadət" ordeni və "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur. Tədbirdə Goranboy rayon məktəblisi Məryəm Nəsibli şəhidlərə aid şeir söylədi. Sonda Erkin Hüseynova həsr edilmiş videoçarx nümayiş etdirildi. Tədbiri filialın müdiri bu sözlərlə bitirdi: ey vətən uğrunda şəhid olan igidlər, cəsur, qorxmaz, ərlər, ərənlər vətən sizi heç zaman unutmaz. Nə qədər Azərbaycan yaşayır siz yaşayacaqsınız. Sizin məzarlarınız bizim and yerimiz qibləgahımızdır.

 

1.2 MB