28.02.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxanın Uşaq şöbəsi 27.02.2023-ci il tarixində 19 nömrəli körpələr evində “Nağıllar aləminə səyahət” başlığı altında nağıl saatı təşkil etdi. Tədbiri şöbənin multimedia mütəxəsisi Nərmin Qasımova açaraq qeyd etdi ki, nağıllar vasitəsi ilə uşaqlar yaxşını pisdən ayırd edir, xeyirin şər üzərində qələbəsini, qorxmazlıq, cəsarət və s. bu kimi müsbət keyfiyyətləri öyrənirlər. Maraqlı keçən nağıl saatında uşaqlar “Şir və siçan”, “Acgöz pişik”, “Dövşan və tısbağa” nağıllarına qulaq asdılar. Sonda uşaqların nağılı necə mənimsədiklərini bilmək üçün onlarla sual cavab aparıldı.