28.02.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı 26 Fevral Xocalı soyqırımı günü ilə əlaqədar olaraq “XX əsrin dəhşətli faciəsi” başlığı altında ədəbi-bədii kompozisiya keçirtdi. Tədbir Azərbaycanın suverenliyi və ərazi bütövlüyü eləcədə xalqımıza qarşı törədilmiş soyqırımlarda həlak olmuş Şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbiri 15 saylı filialın böyük kitabxanaçısı Səkinə Kərimova apardı. Tədbirdə M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbin İbtidai sinif müəllimi Sədaqət Kazımova, həmin məktəbin kitabxana müdiri Aynur Rzayeva, kitabxanaçısı Xoşqədəm İbrahimova çıxış etdilər. Xocalı faciəsi haqqında məktəblilərə məlumat verdilər. Sonra isə məktəblilər şeirlər, bayatılar söylədilər və həmin günlərin dəhşətini özündə əks etdirən ədəbi-bədii kompozisiya nümayiş etdirdilər. Tədbirin sonunda aparıcı bütün iştirakçılara öz minnətdarlığını bildirərək, tədbiri yekunlaşdırdı.