Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yay məktəbi

09.07.2018

Gəncə şəhər MKS-nin 13 №li li kitabxana filialında uşaqların yay tətilinin səmərəli keçməsi üçün hər il olduğu kimi bu mövsümdə də 01.06.2018-01.09.2018-ci il tarixə qədər “Yay məktəbi” təşkil ounub. Kiçik yaşlı oxucularin asudə vaxtlarını səmərəli təşkili ilə əlaqədar “Yay məktəbi”ndə rus dili kursu, şahmat dərnəyi, müxtəlif intellektli oyunlar, rəsm dərnəyi, nağıl saatları, ucadan oxu, tapmaca saatı və s. maraqlı dərnəklər təşkil olunur. Uşaqların sevə-sevə iştirak etdikləri “Yay məktəbi”layihəsi valideynlər tərəfindən də xoş qarşılanır. Biz kitabxanaçıların əsas məqsədi kitabxanamıza yeni oxucu kontingenti toplamaq və onlarda kitaba, mütaliəyə sevgi hissini aşılamaqdan ibarətdir. Əsas məqsədimizdən biri də böyüməkdə olan gənc nəsil uşaqlar üçün vətənpərvərlik ruhlu tədbirlər keçirmək, Milli Qəhrəmanlarımızı tanıtmaq, işğal altında qalmış torpaqlarımızı təkrar olaraq yada salmaq, onu azad etmək uğrunda mübarizəyə hazır olmağı aşılamaqdan ibarətdir. Yeni dərs ilinin əvvəlinə qədər təşkil olunmuş “Yay məktəbi” layihəsi məktəblilərin sevdiyi layihələrdən biridir