25.02.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy Rayon Mədəniyyət Mərkəzinin Qaraçinar kənd Mədəniyyət Evində Şəfəq kənd Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 31-ci il dönümünə həsr edilmiş “Xocalı əsrin unudulmaz faciəsidir” adlı anım tədbiri keçirilmişdir. Keçirilən tədbirdə Mədəniyyət işçiləri, Qaraçinar kənd İcra nümayəndəliyi iştirak etmişdir.
İlk olaraq Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Qaraçinar kənd mədəniyyət evinin direktoru Tahirə İmanova 26 fevral tarixində Azərbaycan xalqının Xocalı soyqırımının növbəti anım gününü qeyd etdiyini bildirdi. Qaraçinar kənd Mədəniyyət Evinin bədii rəhbəri Xalidə Ələkbərova faciənin tarixi barədə geniş məlumat verdi. Daha sonra çıxış edən Şəfəq kənd mədəniyyət evinin direktoru Samirə Kazımova 44 günlük Vətən Müharibəsi zamanı Ermənistan tərəfindən hərbi cinayətlərin törədilməsi, döyüş bölgəsindən kənarda yerləşən Gəncə, Bərdə, Tərtər, Mingəçevir, Naftalan, Beyləqan, Goranboy, Ağstafa, Siyəzən, Kürdəmir, Xızı şəhərlərində və rayon mərkəzlərində mülki şəxslərin və obyektlərin qadağan edilmiş kasset mərmilərlə xaincəsinə bombalanması, nəticədə 100-dən çox mülki şəxsin, o cümlədən 11 uşağın həlak olması və 400-dən çox mülki şəxsin yaralanması və mülki infrastrukturun məhv edilməsi barədə məlumat verib.
Sonda məktəblilərin hazırladıqları Xocalı soyqırımına həsr edilmiş şeir parçaları səsləndirilmişdir.