Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Bacarıqlı əllər”

16.07.2018

16.07.2018-ci il tarixdə Gəncə şəhər MKS-nin 15-saylı kitabxana filialında yaradılan “Yay məktəbi”də oxucuların asudə vaxtının səmərəli keçirilməsi üçün rəsm dərnəyi yaradılmışdır .Bu münasibətlə "Bacarıqlı əllər”dərnəyinin üzvləri ilə məşğələ keçirildi . Tədbirdə həmçinin kitabxananın fəal oxucuları iştirak etdilər.Uşaqlar yay tətilində oxuduqları kitabların qəhrəmanları haqqında çəkdikləri rəsmləri nümayiş etdirdilər.Rəsm dərnəyinə kitabxananın fəal oxucusu, Gəncə Rəssamlıq məktəbinin gənc müəlliməsi Aysel Məmmədova iştirak edirdi. O,uşaqlara rəssamlıgın incəliklərini öyrədərək,onlarda rəsmə maraqı daha da gücləndirməyə çalışır. Belə tədbirlərin keçirilməsində əsas məqsəd məktəbli oxucuların vaxtlarını daha səmərəli keçirməsini, onları kitabxanaya daha çox cəlb etmək, kitaba marağı gücləndirməkdir.