Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xocalı faciəsi ilə əlaqədar tədbir keçirilib

24.02.2023

24 Fevral 2023-cü il tarixdə Gəncə Regional Mədəniyyət idarəsi Samux rayon Sərkar Uşaq Musiqi məktəbində Xocalı faciəsi ilə əlaqədar tədbir keçirildi.

Tədbir dəyirmi masa ətrafında məktəbin müəllimlərinin iştirakı ilə keçirildi.Tədbiri giriş sözü ilə məktəbin direktoru Səadət Məmmədbəyova açıq elan etdi.Öncə faciə qurbanlarının və eləcədə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Sonra məktəbin tədris işləri üzrə direktor müavini Ruhanə Həsənova "Qan yaddaşımız"adlı məruzə ilə çıxış etdi.Tədbir məktəbin şagirdlərinin ifasında hazırlanmış bədii kompozisiya ilə davam etdirildi.

 

59.7 KB