Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

” Son Ümid ” adlı dəyirmi masa təşkil edilib

24.02.2023

24.02.23-cü il tarixində Gəncə Regional Mədəniyyət idarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Qarayeri qəsəbə kitabxana filialı, Mədəniyyət Mərkəzi Qarayeri qəsəbə Klubunun kollektivi və UMM-nin kollektivi ilə birgə Xocalı soyqırımının ildönümünə həsr olunmuş  " Son Ümid " adlı dəyirmi masa təşkil etdi.İlk öncə Xocalıda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbirdə Xocalı sakinlərinin başına gətirilən müsibətlərdən söhbət edildi:1992-ci ilin fevral ayının 25-26-na keçən gecə mənfur erməni silahlı dəstələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayın köməyi ilə Xocalı şəhərini ələ keçirmişdir və əhali vəhşicəsinə qətlə yetirilmişdir.Bu qətliam nəticəsində 613 nəfər,106 qadın,63 uşaq və 70 ahıl qətlə yetirilib,1275 nəfər girov götürülüb,150 nəfərin taleyi hələ də məlum deyil.Faciə zamanı Xocalının 487 sakini əlil edilmiş,6 ailə tamamilə məhv edilib,26 uşaq hər iki valideynini,130 uşaq valideynlərindən birini itirmişdir. Tədbirin sondu UMM nin şagirdlərinin hazırladıqları kompozisiya dinlənildi.

 

80.8 KB