Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Bütün dünyanı dəhşətə gətirən Xocalı soyqırımı “adlı dəyirmi masa keçirilib

24.02.2023

24 Fevral 2023–cü il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mədəniyyət Mərkəzində erməni işğalçılarının 1992-ci ilin fevral ayının 25- dən 26-a keçən gecə Xocalıda törətdikləri dəhşətli faciə ilə əlaqədar “Bütün dünyanı dəhşətə gətirən Xocalı soyqırımı “adlı dəyirmi masa keçirilmişdir. Tədbiri giriş sözü ilə Gəncə şəhər Mədəniyyət Mərkəzinin direktoru Afina Quliyeva açaraq Xocalı şəhidlərinin ,eyni zamanda Azərbaycanın suverenliyi işğal altında qalan torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi. O,çıxışında qeyd etdi ki,1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni işğalçılarının Azərbaycanlılara qarşı Xocalıda törətdikləri ağılasığmaz qırğın XX əsrin ən dəhşətli soyqırımı idi. O ,öz çıxışında qeyd etdi ki,Daşnaq tör-töküntüləri və erməni işğalçıları Xankəndində yerləşən keçmiş SSRİ-yə məxsus 366-cı motoatıcı alayın iştirakı ilə ağılasığmaz vandallıq aktı həyata keçirdilər.Bu qırğın insan övladının ağılına gəlməyən bir faciə idi.Qədim sivilizasiyalar məskəni Xocalı şəhəri yerlə -yeksan edildi.Bu faciədə 613 nəfər şəhid,487 nəfər şikəst və əlil oldular.Qətlə yetirilənlərdən 63 nəfəri uşaq,106 nəfəri qadın ,70 nəfəri isə yaşlı insanlar idi.Sağ qalan və qaçqın düşmüş Xocalı sakinləri respublikamızın 53 şəhər və rayonunda məskunlaşmışlar. Mədəniyyət Mərkəzinin kurs rəhbəri Kərimov Rüstəm öz çıxışında qeyd etdi
ki,”Qisas qiyamətə qalmaz “deyiblər. 27 Sentyabr 2020-ci il tarixində başlamış və 44 gün davam etmiş Vətən müharibəsində Ali Baş Komandan,Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz işğal altında olan torpaqlarımızı azad etdi və erməni ordusunu darmadağın edərək torpaqlarımızdan qovaraq Zəfər çaldı. Daha sonra tibb kursunun tələbəsi Nəbiyeva Ulduz Xocalı faciəsi haqqında
məlumat verdi. Tədbiridə Mədəniyyət Mərkəzində təhsil alan kurs təlbələri və ərazi sakinləri iştirak etdi.

 

93.3 KB