Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Xocalı soyqırımı- qan yaddaşımız” adlı anım günü keçirilib

24.02.2023

24.02.2023-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsi 26 Fevral Xocalı faciəsinin 31-ci ildönümünə “Xocalı soyqırımı- qan yaddaşımız” adlı anım günü keçirdi. Tədbir də M.Ə.Sabir adına 1 saylı məktəbin 3a sinif şagirdləri, Samux rayon Gənclər və İdman İdarəsi, Samux GKİM, Samux rayon Mərkəzi Kitabxananın əməkdaşları iştirak etdilər. İlk öncə Xocalı soyqırımı qurbanlarının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Mərkəzi Kitabxananın direktoru Telli Nəsibova tədbir iştirakçılarını salamladı və qeyd etdi ki,Xocalı yaramız bu faciənin 31-ci ildönümü ərəfəsində Xocalının azad olması ilə qaysaq bağlayıb . Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyiblər. Lakin hiyləgər düşmən məqsədinə çata bimədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazibütövlüyü uğrunda mübarizədə daha da mətinləşdi, qəhrəmanliq və dəyanət nümayiş etdirdi. Uşaq söbəsinin müdiri Venera Məmmədova çıxışında bildirdi ki, müharibə bəşəriyyətin ən pis xəstəliyi, soyqırım isə heç sağalmayan yarasıdır. Bu cür işğalçı qəsbkarlıq qan- xəta , öiüm-itim, fəlakət və dəhşətli faciələrlər ilə yadda qalır. Ona görə də yaralar dərin və sağalmaz iz buraxır.Tarixin elə ağrı-acılı, qanlı- qadalı səhifələri olub ki,onların dəhşətləri zaman keçdikcə üzə çıxır, yaralardan qan süzülür, sağalmağa heç bir ümid qalmır. Elə Xocalı müsibəti kimi! Xocalı düşmən tapdağından qurtulsa da şəhid qanı ilə doymuş bu torpaq bu dağı, bu müsibəti heç vaxt unutmayacaq. Bizlər də unutmayacağıq, gələcək nəsillərimizə də unutdurmayacağıq. Samux rayon M.Ə.Sabir adına 1saylı məktəb liseyin muəllimi Esmira Ələkbərova,Samux rayon Gənclər İdman İdarəsinin əməkdaşı Nərmin Yusifova,Samux GKİM-in müavini Teymur Abdullayev və digər çıxışçılarda bu hadisənin Azərbaycanda "Xocalı soyqırımı" və "Xocalı faciəsi" kimi, digər ölkələrdə isə "Xocalı qətliamı" kimi anılmasından danışdılar. Sonda Samux rayon M.Ə.Sabir adına 1 saylı məktəbin 3a sinifinin şagirdləri və Samux rayon 6 saylı körpələr evi- uşaq bağçasının - uşaq şöbəsinin fəal oxucusu Namazzadə Nilay Xocalıya aid seilər səsləndirdilər.

 

105 KB