Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Unudulmaz Faciə” adlı tədbir keçirilib

24.02.2023

24.02.2023-cü il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Xocalı rayon Yaloba kənd Tarix -Diyarşünaslıq muzeyində Xocalı Soyqırımının 31-ci il dönümü ilə əlaqədar "Unudulmaz Faciə" adlı tədbir keçirildi.
Tədbirdə Xocalı rayon Kosalar kənd Mədəniyyət evinin direktoru Ramiz Məhərrəmov, Xocalı rayon Kosalar kənd tam orta məktəbin müəllim və şagird kollektivi, Gəncə Dövlət Mədəniyyət Qoruğu Nizami Məqbərə filialının müdiri Gülnarə İsmayılova və kollektivi, Nizami Muzeyinin işçiləri iştirak etdilər.İlk öncə Qəsəbədə ucaldılmış Ana Harayı abidəsi ziyarət edildi.Sonra tədbir muzeydə davam etdirilirdi.Tədbiri giriş sözü ilə muzeyin direktoru Tofiq Məmmədov açdı.Xocalı Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbir iştirakçılarına Xocalı Soyqırımı haqqında geniş məlumat verdi.Məruzə üçün söz muzeyin Kiçik elmi işçisi Mirzalılı Mirəliyə verildi.Daha sonra məruzə ətrafında tədbir iştirakçılarının çıxışları dinlənildi.Sonda məktəblilərin hazırladıqları bədii kompozisiya nümayiş etdirildi.

 

124.2 KB