Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Azərbaycan tarixinin ən dəhşətli səhifələrdən biri ” adlı ədəbi-bədii kompozisiya keçirilib

24.02.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 24.02.2023-cü il tarixində Gəncə şəhər Şah İsmayil Xətai adına 13 saylı tam orta məktəbin müəllim və şagird kollektivi ilə birgə 26 Fevral Xocalı soyqıırımının 31 illiyi ilə əlaqədar “Azərbaycan tarixinin ən dəhşətli səhifələrdən biri ” adlı ədəbi-bədii kompozisiya keçirtdi. Tədbirdə Xocalı şəhidləri , Vətən müharibəsi
şəhidləri həlak olanların xatirələri bir dəqiqəlik sükutla yad edildi. Tədbiri Gəncə şəhər Şah İsmayil Xətai adına 13 saylı tam orta məktəbin direkrotu Gülnara Hüseynova açıq elan etdikdən sonra qan yaddaşımız olan Xocalı faciəsi haqqında danışdı. Təlim tərbiyə işləri üzrə direktor müavini Rasim Alıyev , Azərbaycan dili müəllimi Bahar Məmmədbəyli, Səlfinaz Cəfərova, Psixoloq Qətibə Mustafayeva , təlim tərbiyə işləri üzrə direktor müavini Ələsgərov Rza, Uşaq Təşkilatı Birliyinin rəhbəri Qənifə Nağıyeva çıxışlarında Xocalı faciəsi əsrlər boyunca ermənilərin xalqımıza və bütün türk dünyasına qarşı törətdikləri soyqırımların daha bir qanlı təzahürü olmaqla, yalnız xalqımıza deyil, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayət olduğunu bildirdilər. VII-VIII sinif şagirdlərinin ifasında ədəbi-bədii kompozisiyalar, səhnəciklər , şeirlər, bayatılar, “Azərbaycan”,”Zəfər” mahnıları səsləndi. MKS-nin 19 saylı filialının müdiri Elza Əliyeva Qarabağ Zəfəri, milyonlarla insanın qəlbindəki ağrını azaltmaqla yanaşı, Xocalı soyqırımını törədənlərin –əlləri günahsız azərbaycanlıların – uşaqların, qadınların, qocaların qanına batmış cinayətkarların ədalət məhkəməsi qarşısında cavab verəcəklərinə inamı daha da artırdığını və Ali Baş komandan Prezident İlham Əliyevin qətiyyəti, güclü Azərbaycan ordusu sayəsində tezliklə Xocalıda üç rəngli bayrağımız dalğalanacağını bildirdi. Tədbirin sonunda “Xocalı naləsi məktəblilərin gözü ilə” adlı rəsm sərgisinə və “Xocalı soyqırımı-31 il” adlı videoçarxa baxış təşkil edildi.

 

117 KB