Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Bəşəriyyətin ən dəhşətli faciəsi” adlı tədbir keçirilib

24.02.2023

Mir Cəlal Paşayev Ev Muzeyində 24.02.2023 Xocalı faciəsinin 31-ci il dönümünə həsr olunmuş "Bəşəriyyətin ən dəhşətli faciəsi" adlı tədbir keçirildi. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin sədri Xəzangül Hüseynova, Aləmzər Əlizadə, Qərib Mehdi, Zahir Şirani, Mingəcevir Turizm Kolkecinin lll kurs tələbələri və muzeyin kolektivi iştirak etdilər. Tədbiri muzeyin bələdçisi Orucova Dilbər apardı. İlk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Daha sonra iştirakçılar Xocalı soyqırımı haqqında danışdılar. Mingəcevir Turizm Kolkecinin tələbəsi Səkinə İmanova  Xocalı soyqırımı haqqında mühazirə oxudu.Sonda Muzeyin direktoru İradə İbayeva çıxış edərək tədbirdə iştirak edən hər kəsə öz təşəkkürünü bildirdi.

 

68.5 KB