24.02.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin 24 saylı kitabxana filialı 24.02.2023-cü il tarixdə Xocalı faciəsinin 31-ci il dönümü ilə əlaqədar "Xocalı-silinməyən qanlı tarix" başlıqlı ədəbi bədii kompozisya keçirdi.Tədbiri filialın multimediyaçısı Könül Qafarova açaraq Xocalı faciəsi haqqında qısa məlumat verdi.İlk öncə Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Daşkəsən rayon Gurbulaq kənd məktəbinin tarix müəllimi Arifə Abbasova Xocalı faciəsi haqqında geniş məlumat verdi. O qeyd etdi ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrindən biri kimi daxil olmuşdur. XX əsrin üzləşdiyi Qarabağ münaqişəsi dövründə ən faciəli tarixdə analoqu çox az olan hadisələrdən biridir. Daha sonra Samux rayonu M.F. Axundov adına Alıuşağı tam orta məktəbin ədəbiyyat müəllimi Leyla Məmmədova bədii ədəbiyyatda Xocalıya həsr olunmuş əsərlər haqqında məlumat verdi. Çıxış edənlər həmçinin tarixi faktlarla ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri soyqırımlar haqqında da ətraflı məlumat verdilər. Sonda iştirakçılar Xocalıya aid şeirlər söylədilər. Tədbirdə şəhidlərimizin, qazilərimizin, qalib ordumuzun Ali Baş Komandanın birgə həmrəyliyi nəticəsində Xocalının qisasının alındığı da qeyd edildi. Tədbiri keçirməkdə məqsədimiz Xocalı soyqırımında həlak olan insanların xatirəsini unutmamaq və gənc nəsli vətənpərvər ruhda tərbiyə etməkdir.