10.07.2018
MKS-nin 7 saylı kitabxana filialı oxucuların yay tətili günlərində həm istirahətlərini düzgün qurmaq, həm də asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə “Gəlin rəqs edək” adlı rəqs dərnəyi təşkil etdi. Dərnək 5 yaşından yuxarı şagirdlər üçün nəzərdə tutulmuşdu.Rəqs dərnəyini keçirməkdə məqsədimiz şagirdlərdə şən əhval -ruhiyyəni formalaşdırmaq,özünə inam hissinin,yüksək estetik zövqün yaranmasına və gözəl bədən quruluşuna , gözəl rəqs etməyə səbəb olmaqdır. Rəqs dərnəyini “ Sənan ” rəqs qrupunun tələbəsi Gülçin Bağırova aparırdı. Burada şagirdlərə həm milli, həm xarici, vals və digər Azərbaycan və dünya rəqsləri keçirilir, öyrədilir. Oxucuların valideynləri bu dərnəyin təşkilinə görə kitabxananın əməkdaşlarına öz minnətdarlıqlarını bildirdilər. Öz rəqsi ilə fərqlənən uşaqlara hədiyyələr təqdim olundu