24.02.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 9 saylı filialı 24.02.2023-cü il tarixdə Xocalı Soyqırımının 31-ci il dönümü ilə əlaqədar “Xocalı soyqırımı haqqında həqiqətlər” başlıqlı anım günü keçirtdi. Tədbirdə Gəncə şəhər 37 saylı orta məktəbin müəllim və şagirdləri iştirak etdilər. Əvvəlcə Xocalı faciəsi zamanı qətilə yetirilmiş həmvətəmlərimizin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Filialın böyük kitabxanaçısı Təranə Həsənova tədbiri açıq elan etdikdən sonra Xocalı faciəsi ilə bağlı həqiqətləri gənc nəsilə çatdırılmağın vacibliyindən söz açdı. Çıxış edən tarix müəllimi Əfsanə Məmişova Xocalı faciəsi və onun dəhşətli tarixi, məktəb kitabxanasının müdiri Əminəxatun Yusibova Xocalı soyqırımından bəhs edən kitablar haqqında ümumi məlumat verdilər. 44 günlük Vətən müharibəsi zamanı Xocalı soyqırımını törədənlərin layiqli cəzalarını aldıqlarını, şəhidlərimizin qanının yerdə qalmadığını qeyd etdilər. Tədbirdə iştirak edən şagirdlər Xocalı ilə bağlı bildikləri məlumatları bölüşdülər.