Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Xocalı harayı” başlığı altında dəyirmi masa keçirilib

24.02.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 saylı kitabxana filialında 24.02.2023-cü il tarixində Xocalı soyqırımı ilə əlaqədar “Xocalı harayı” başlığı altında dəyirmi masa keçirildi. İlk öncə Azərbaycanın suverenliyi uğrunda şəhid olan insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri filialın müdiri Esmira Həsənova açaraq bildirdi ki, müharibə bəşəriyyətin ən pis xəstəliyi, soyqırım isə heç sağalmayan yarasıdır. Bu cür işğalçı qəsbkarlıq qan- xəta, ölüm-itim, fəlakət, dağıntı və dəhşətli faciələri ilə yadda qalır. Ona görə də yaraları dərin və sağalmaz iz buraxır. Tarixin elə ağrı-acılı, qanlı-qadalı səhifələri olub ki, onların dəhşətləri zaman keçdikcə üzə çıxır, yaralarından qan süzülür, sağalmasına heç bir ümid qalmır. Elə Xocalı müsibəti kimi! Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost, Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaylarla müqayisə oluna bilər. Xocalı faciəsi təsadüfi hadisə deyil. Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin hiyləgər düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətnləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi. Tədbirdə 11 saylı kitabxana filialının böyük kitabxanaçısı Gülnar Hüseynova, Gəncə Dövlət Rəsm Qalereyasının bələdçisi Sevinc Məhərrəmova, Azərbaycan Texnologiya Universitetinin IV kurs tələbəsi Gülçin Ağayeva çıxış edərək mövzu ətrafında öz fikirini bildirdi. Xocalı faciəsinə həsr olunmuş kitablardan ibarət sərgi və guşə tədbir
iştirakçılarının böyük marağına səbəb oldu. Tədbirdə həmçinin tədbir iştirakçıları ilə mövzu ətrafında fikir mübadiləsi edildi. Tədbirdə Azərbaycan Texnologiya Universitetinin müəllim və tələbə heyəti, Gəncə Dövlət Rəsm Qalereyasının kollektivi, kitabxananın fəal oxucuları iştirak etdi.

 

214.2 KB