Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Xocalı qəlbimin dərin yarası ” başlığı altında ədəbi -bədii kompozisiya keçirilib

24.02.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı kitabxana filialı Cəfər Cabbarlı adına 6 saylı orta məktəb ilə birlikdə 24.02.2023-ci il tarixində Xocalı Soyqırımının ildönümü ilə əlaqədar “Xocalı qəlbimin dərin yarası ” başlığı altında ədəbi -bədii kompozisiya keçirdi. Tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə 1 saylı kitabxana filialının müdiri Məlikova Züleyxa açaraq,Xocalı soyqırımından və ermənilərin azərbaycan xalqına qarşı törətdikləri vəhşilikdən söhbət açdı. Daha sonra 6 saylı məktəbin müəllimləri Təranə Yusibova və Reyhanə Bəşirova Xocalı soyqırımıının Azərbaycan xalqının yaddaşından heç zaman silinməyəcək bir faciə olduğunu qeyd etdilər. Bu vəhşilik erməni vandalizminin Azərbaycan xalqına qarşı törətdiyi ən dəhşətli faciələrdən biridir.Tədbirdə 6 saylı orta  məktəbin şagirdləri Xocalı soyqırımına həsr olunmuş şeir və bayatılar söylədilər və  ədəbi - bədii kompozisiya nümayiş etdirdilər.Tədbirin sonunda kitabxananın müdiri Məlikova Züleyxa kitabxanamızda təşkil edilmiş “Xocalı qəlbimin dərin yarası”başlığı  altında sərgi haqqında tədbir iştirakçılarına geniş məlumat verdi.

 

143.2 KB