Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Xocalı soyqırımı qan yaddaşımız” adlı sərgi söhbət keçirilib

24.02.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 13 saylı kitabxana filialı 23.02.2023-cü il tarixdə Gəncə Dövlət universitetinin nəzdində Regional kollecin tələbələri ilə birgə "Xocalı soyqırımı qan yaddaşımız" adlı sərgi söhbət keçirdi. İlk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.13 saylı kitabxana filialının müdiri Təranə Aslanova Xocalı faciəsi haqqında iştirakçılara məlumat verdi. Sərgidə tarix boyu xalqımızın başına gətirilən müsibətlərdən bəhs edilən kitablar nümayiş olundu. Böyük kitabxançı Mələknaz Həsənpur sərgidə nümayiş olunan kitablar barədə oxuculara məlumat verdi.Təşkil edilmiş sərgi geniş oxucu kütləsinin marağına səbəb oldu.

 

202.2 KB