24.02.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin Mərkəzi Kitabxananın Uşaq şöbəsi 24.02.2023-cü il tarixində K.D.Uşinski adına 29 nömrəli məktəbdə Xocalı soyqırmının 31-ci ildönümü ilə əlaqədar olaraq “Dərdimizin qan rəngi” adlı ədəbi-bədii kompozisiya keçirildi. Əvvəlcə Xocalıda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Tədbirdə Uşaq şöbəsinin müdiri Ellada Rəhimova iştirakçılara
Xocalı faciəsi haqqında məlumat verərək bildirdi ki, Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuş Xocalı faciəsi tək azərbaycanlılara yox bütün insanlığa qarşı törədilmiş bir cinayətdir. İllər boyu düşmənin mərhələ-mərhələ həyata keçirdiyi siyasət nəticəsində azərbaycanlılar tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi şəkildə qətl və qırğınlara məruz qalmışlar. Tədbirdə çıxış edən məktəbin təşkilat rəhbəri Vüsalə Məmmədova Xocalı soyqırımının xalqımızın yaddaşında qanla yazılmış bir faciə olduğunu və bu faciənin heç zaman
unudulmayacağını bildirdi. Qeyd etdi ki, Xocalı soyqırımına siyasi qiymətin verilməsi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü ilə 1994-cü ildə Milli Məclis hər il fevralın 26-sının “Xocalı soyqırımı günü” kimi yad olunması barədə qərar qəbul etmişdir. Tədbirdə məktəblilər Xocalı faciəsinə həsr olunmuş şeirlər söylədilər, ədəbi- bədii kompozisiyalar və səhnəciklər nümayiş etdilər. Sonda şagirdlər Xocalı soyqırımına həsr olunmuş kitab sərgisi ilə tanış oldular.