Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Can Xocalı”adlı dəyirmi masa keçirilib

24.02.2023

24.02.2023 cü il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzi şəhər mədəniyyət evində "Can Xocalı"adlı dəyirmi masa keçirilib.Tədbirdə qeyd edilib ki, tarixin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının törədilməsindən 31 il ötür. Azərbaycanın Xocalı şəhəri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları tərəfindən yerlə-yeksan edilib. Erməni şovinistlərinin qəddarlıqla həyata keçirdiyi bu amansız və qanlı cinayətdə Xocalı şəhərinin sakinləri son anadək özlərini qəhrəman kimi aparıb, axır nəfəslərinədək vuruşaraq düşmən qarşısında əyilməyiblər. Ümummilli liderimiz Heydər Əliyev bu faciəni bəşəriyyətə qarşı yönəlmiş ən qəddar soyqırımı kimi dəyərləndirərək deyirdi: “Xocalı faciəsi bir tərəfdən hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətliliyinin nümunəsidir. İkinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımdır – vəhşiliyin görünməmiş bir təzahürüdür”.Tədbirin davamında qeyd edilib ki, ümumiyyətlə bu illər ərzində Xocalı faciəsinə dəfələrlə müraciət olunsa da, sanki yaşanmışları unutdurmamaq üçün, bəlkə də ürək sızıltılarımızı sakitləşdirmək üçün daha güclü nümunələrə ehtiyac hiss edirik. Xocalı, əsrin faciəsi idi, Xocalı, bizlərin özümüzə qayıdışı, kimliyimizə, millətimizə sahib çıxmağımıza, düşmənimizi yaxından tanımağımıza bir çağırış idi elə buna görə də Xocalı soyqırımını heç unutmadıq!

 

105.6 KB