24.02.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı kitabxana filialında 24.02.2023-cü il tarixində Xocalı soyqırımı günü ilə əlaqədar “Xocalı qətliamı” adlı anım günü keçirildi. Əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin, Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Sonra filialın müdiri Firuzə Yunusova,böyük kitabxanaçı Kifayət Məmmədova ,multimediya üzrə mütəxəssis Günel Tanrıverdiyeva öz çıxışlarında qeyd etdilər ki, Ali Baş Komandan İlham Əliyevin çağırışı ilə ayağa qalxan igid oğullarımız düşmənin işğalçılıq siyasətinə, gündən-günə daha da böyüyən iddialarına, yeni işğalçılıq planlarına birdəfəlik son qoydular. Xalqımızın tarixinə parlaq Qələbə yazdılar. Bu gün xalqımız XX əsrin ən dəhşətli qırğınlarından biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib ölkə, qalib xalq kimi ziyarət edir. Sonra oxucular Xocalı faciəsinin ağrılarını, düşmənə qarşı nifrət hisslərini əks etdirən şeirlər söylədilər. Tədbirdə filialın oxucuları iştirak etdilər.