Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Qəhrəmanlar unudulmur” adlı dəyirmi masa keçirilib

24.02.2023

24.02.2023-cü il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində  Milli Qəhrəman Mayor Əfqan Qaraxan oğlu Hüseynovun doğum günü ilə bağlı "Qəhrəmanlar unudulmur" adlı dəyirmi masa keçirilib.Tədbirdə ilk öncə Vətən uğrunda canından keçmiş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib və Milli Qəhrəman Mayor Əfqan Hüseynov  haqqında hazırlanmış videoçarx nümayiş olunub.
Sonra Samux rayon Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Arif Məmişov Milli Qəhrəman haqqinda tədbir iştirakçıarına geniş məruzə edərək bildirib ki, Milli Qəhrəman Mayor Əfqan Hüseynov bütün bacarıq və biliyini müstəqil Azərbaycan Respublikasının ilk hərbi qurumlarından olan Milli Qvardiyanın formalaşmasına sərf etmişdir. Milli Qvardiya Hüseynov Əfqan Qaraxan oğlu kimi bacarıqlı zabitlərinin əməyi nəticəsində bu günə kimi şərəfli bir yol keçmiş, heç bir şəxsi mənafeyə qulluq etməmiş, onun əsas vəzifəsi Azərbaycan dövlətçiliyinin qorunması ilə bərabər qanuni yolla seçilmiş Respublika Prezidentinin və Ali hakimiyyət Orqanlarının inzibati ərazilərini, eləcə də yüksək vəzifəli nümayəndələrinin mühafizəsini təmin etmək olmuşdur. Milli Qvardiyanın şəxsi heyəti erməni təcavüzkarlarına qarşı gedən döyüş əməliyyatlarında uğurla iştirak etmişdir. 1992-ci ilin iyun ayında Füzuli bölgəsində yaranan ağır vəziyyət zamanı Milli Qvardiyanın şəxsi heyəti xüsusi fəallıq göstərmişdir. Bu döyüşlərdən sonra kapitan Hüseynov Əfqan Qaraxan oğlu mayor hərbi rütbəsinə layiq görülmüşdür.Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin 9 mart 1995-ci il tarixli 63 saylı əmri ilə Azərbaycanın Milli Qəhrəmanı mayor Hüseynov Əfqan Qaraxan oğlu əbədi olaraq Milli Qvardiyanın şəxsi heyətinin siyahısına salınmışdır.
Mədəniyyət Mərkəzinin baş metodisti çıxışında qeyd etdi ki, Milli Qəhrəman Əfqan Hüseynov 1984-cü il tarixdə SSRİ Müdafiə Nazirinin əmrinə əsasən leytenant hərbi rütbəsi verilmişdir.11 oktyabr 1985-ci ildən 25 iyun 1987-ci ilə kimi Əfqanıstan Demokratik Respubllikasında gedən döyüşlərdə fəal iştirak etmiş və ağır yaralanmışdır. Onun döyüş xidməti yüksək qiymətləndirilmiş, "Qırmızı ulduz" ordeni ilə təltif edilmişdir. 1986-cı ildə ona baş leytenant rütbəsi verilmişdir.1988-ci ildə SSRİ-nin hərbi Silahlı Qüvvələrinin yaranmasının 70 illiyi ilə əlaqədar olaraq Hüseynov Əfaqan Qaraxan oğlu "SSRİ Hərbi Silahlı Qüvvələrinin yaranmasının 70 illik "medalı ilə təltif edilmişdir. O, 1988-ci ildə C.Naxçıvanski adına Bakı hərbi təmayülli məktəbə tərbiyəçi bölük komandiri təyin edilmiş və növbəti kapitan hərbi rütbəsini almışdır. Yüksək dərəcəli biliyə malik bir zabit olduğu nəzərə alınaraq Hüseynov Əfqan Qaraxan oğlu 2 dekabr 1991-ci ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin 1-ci şöbəsində döyüş hazırlığı üzrə baş zabit vəzifəsinə təyin edilmişdir.

 

390.6 KB