Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Aşıq Şəmşirin şeir dünyası

16.07.2018

Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Heydər Əliyev Mərkəzində yerləşən 16 saylı kitabxana filialında 16 iyul 2018-ci il tarixdə Azərbaycan xalq şerinin görkəmli nümayəndələrindən olan Aşıq Şəmşirin anadan olmasının 125 illiyi münasibətilə “Aşıq Şəmşirin şeir dünyası” başlığı altında şeir saatı keçirildi. Tədbirdə 21 saylı orta məktəbin müəllim, şagird və valideyinləri iştirak edirdilər. Tədbiri kitabxanaçı Ayşən Bəhramlı açaraq tədbir iştirakçılarına Aşıq Şəmşirin yaradıcılığı haqqında qısa məlumat verdi. O bildirdi ki, Azərbaycan xalq şerinin görkəmli nümayəndələrindən olan Aşıq Şəmşir (1893-1980) Kəlbəcərdə məhşur el sənətkarı Aşıq Qurbanın ailəsində dünyaya gəlib. 21 saylı orta məktəbin müəlliməsi Aygün Əsədova Aşıq Şəmşirin şerində Kəlbəcər diyarının ucalığı, çəmənlərinin genişliyi, çaylarının zümzüməsi, gül-çiçəyinin ətri duyulur.Onunn ən böyük arzusu yer üzündə sülhün,dincliyin, halallığın bərqərar olması idi. El aşığı bu fikirdə idi ki, hrada doğulmasından asılı olmayaraq yer kürəsi bütün insanların anasıdır və Vətəni hamı sevməlidir.Aşıq Şəmşirin şeir dili çox sadə, bədii və şirindir. Elə aşağıdakı misralar bunun bir nümunəsidir:

“Sən yaxşıya can de, xaini dağla,

İlqarsız adamın nitqini bağla.

Əlacın olanda elə gün ağla

Yoxsula əl uzat, nəzarət eylə.”

Sonra məktəbin şagirdləri Aşıq Şəmşirin şerlərindən parçalar söylədilər.