Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Xocalı qan yaddaşımız” adlı dəyirmi masa keçirilib

24.02.2023

24.02.2023-cü ildə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzinin filialı Ziyadlı kənd Sənətkarlıq evində Xocalı faciəsinin 31-ci il dönümünə həsr olunmuş "Xocalı qan yaddaşımız" adlı dəyirmi masa keçirilib.Tədbirdə qeyd edildi ki, ötən əsrin ən böyük faciələrindən biri kimi tarixdə iz salan xocalı soyqırımı erməni millətçiləri tərəfindən Azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən soyqırımı siyasətin ən qanlı səhifələrindəndir.Müharibə bəşəriyyətin ən pis xəstəliyi,soyqırım isə heç sağalmayan yarasıdır.Bu cür işğalçı qəsibkarlıq,qan-xəta, ölüm,fəlakət dağıntı və dəhşətli faciələri ilə yadda qalır. Ona görə də yaraları dərin və sağalmaz iz buraxır.Tarixin elə ağrı-acılı,qanlı səhifələri olubki, onların dəhşətləri zaman keçdikcə üzə çıxır.Əslində Xocalı faciəsi bir günün,bir gecənin hadisəsi deyildi.Ermənilər bu faciəyə Dağlıq Qarabağ münaqişəsi başladıqdan sonra hazırlıq görmüşdülər.1992-ci il fevralın 25-dən 26-na keçən gecə 366-cı alayla birlikdə ermənilər Xocalı şəhəri ətrafında döyüş mövqeyi tutmağa başladı.Soyqırımı törədənlər Xocalı sakinlərini misli görünməmiş qəddarlıqla öldürmüş diri-diri yandırmışlar.Tarixi abidələri ilə fərqlənən,Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə strateji önəmə malik Xocalı şəhəri sözün əsl mənasında xarabalığa çevrilib.Təkcə onu qeyd etmək kifayətdir ki, ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində Azərbaycanlılara aid bütün izlər silinib.Azərbaycanın şanlı Ordusu hər zaman bizləri qələbə müjdəli xəbərlərlə sevindirir.Ali baş komandanımız çıxışlarının hər birində bildirmişdir ki, bütün torpaqlarımız işğaldan azad ediləcək.Azad edilən ərazilər sırasında Xocalınında kəndləri işğaldan azad edilib.

 

90.6 KB