23.02.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Qızılhacılı qəsəbə Diyarşünaslıq evində 23 fevral 2023-cü il tarixdə 26 fevral Xocalı faciəsinin 31-ci il dönümünə həsr olunmuş "Bir millətin kədəri"adlı tədbir təşkil edildi. Tədbirdə bir qurup qəsəbə ziyalıları və sakinləri iştirak etdilər.Tədbirdə Qızılhacılı qəsəbə Diyarşünaslıq evinin direktoru Elşad Qurbanov çıxış edərək dediki, tarix sübut edir ki, son iki yüz il ərzində ermənilər tərəfindən Azərbaycan xalqına qarşı insanlıq tarixində misli görünməmiş qırğın və soyqırımlar törədilmişdir.XlX- XX əsrlərdə Azərbaycanın başına gətirilən bütün faciələr torpaqlarımızın zəbti ilə nəticələnmiş ermənilərin azərbaycanlılara qarşı düşünülmüş,planlı sürətdə həyata keçirdiyi soyqırım siyasəti ayrı-ayrı mərhələləri təşkil etmişdir.Amma gələcək nəsillər qədim oğuz elində törədilən soyqırım müsibətlərini kədərlə yad edib qatilləri lənətləyəcəklər.Tədbirdə Qızılhacılı qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Elnur Orucov çıxış etdi.O dediki, bəşəriyyət çox faciələr, dəhşətlər yaşayıb, qırğınlar, günahsız axıdılan qanlar görüb.Erməni millətçilərinin törətdikləri cinayətlər içində dəhşətlisi Xocalı soyqırımıdır. Bəşəriyyət bu soyqırımının acı nəticələrini, ağrı-acılarını unutmayacaq. Tədbirin sonunda Goranboy rayon mərkəzində Xocalı soyqırımında həlak olanların əbədi xatirəsinə ucadılmış abidənin önündə Xocalı facəsinin qurbanlarının xatirəsini hüznlə yad etdik.