Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Xocalı: Daş Yaddaşım- Qan Yaddaşım” başlığı altında tədbir keçirilib

23.02.2023

23.02.2023-cü il tarixində Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Xidmət şöbəsində Xocalı Soyqrımının 31 ci ildönümü ilə əlaqədar olaraq “Xocalı: Daş Yaddaşım- Qan Yaddaşım” başlığı altında tədbir keçirilmişdir.

Tədbirdə Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət evinin direktoru Akif Bayramov , Kəlbəcər rayon 9 saylı orta məktəbin tarix müəllimi Solmaz Mürsəlova , Gəncə Dövlət Universitetinin 5-ci kurs tələbəsi Heyran İbrahimova , Azərbaycan Jurnalistlər Birliyinin və Mətbuat Şurasının üzvü, “Kəlbəcər Harayı” qəzetinin redaktoru Köçəri Cəfərov iştirak edirdi. Çıxış edənlər bildirdilər ki, Azərbaycan xalıqının XX əsrdə üzləşdiyi dəhşətli faciələrdən biri də Xocalı soyqrımıdır. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri, Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki erməni silahlı dəstələri, keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırım siyasətini həyata keçirmişdir.

 

78.1 KB