23.02.2023
23.02.2023-cü il tarixində Məhsəti Gəncəvi Mərkəzində Gəncə şəhər Diyarşünaslıq evi və Gəncə Dövlət Rəsm Qalereyasının birgə təşkili ilə"Xocalı faciəsi unudulmur" adlı tədbir keçirilib. İlk öncə tədbirdə Xocalı soyqırımıbda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Diyarşünaslıq evinin metodisti Leyla Əliyeva Xocalı soyqırımı haqqında qısa məlumat verərək Gəncə Dövlət Rəsm Qalereyasının bələdçisi Sevinc Məhərrəmovaya söz verdi.
Sonra Gəncə Dövlət Rəsm Qalereyasının baxlcısı Gülnar Cumalıyeva Xocalı soyqırımı adlı şeri söylədi və bu unudulmaz gecənin şəhidlərinin qisasının yerdə qalmadığını, Ali Baş Komandan və rəşadətli ordunun sayəsində qalibiyyətə nail olduğumuzu qeyd etdi.
Daha sonra Tarix Diyarşünaslıq müzeyinin elmi işçisi Fidan Böyükbabalı çıxış edərək gələcək nəsillərə Xocalı soyqırımıını unutmamağı tövsiyə etdi.
Sonra 4 nömrəli orta məktəbin 6-cı sinif şagirdi Əlizadə Cavidan gitarada vətənpərvərlik mövzusunda mahnılar ifa etdi.