23.02.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı Azərbaycanın tanınmış uşaq ədəbiyyatı yazıçısı Solmaz Amanovanın qələmə aldığı “Şuşanın sehirli açarları” nağıl-poemanın müzakirəsini keçirtdi. Tədbir Azərbaycanın suverenliyi və ərazi bütövlüyü eləcədə xalqımıza qarşı törədilmiş soyqırımlarda həlak olmuş Şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbiri 15 saylı filialın multimedia resursları üzrə mütəxəssisi Sulaxbin-Elçi Aygün apardı. O, tanınmış uşaq ədəbiyyatı yazıçısı Solmaz Amanovanın yaradıcılığı haqqında məlumat verdikdən sonra öncədən tərtib olunmuş plan əsasında “Şuşanın sehirli açarları” əsərinin müzakirəsini təşkil etdi. Məktəblilər müzakirədə fəallıq nümayiş etdirdilər. Aparıcı gərəkli anda müzakirələrə müdaxilə edərək onlara istiqamət verdi. Bununlada müzakirənin müəyyən olunmuş, düzgün məcrada keçməsinə, nağıl-poemanın əsas ideyasının açılmasına nail oldu. Tədbir zamanı xüsusilə qeyd olundu ki, Azərbaycan xalqının milli qüruru olan Qarabağın və onun döyünən ürəyi Şuşanın azad olunmasından sonra nəfis tərtibatda, maraqlı məlumatlarla zəngin belə bir kitabı oxumaq və müzakirə etmək qürurvericidi. Sonda aparıcı iştirakçılara öz minnətdarlığını bildirərək, tədbiri yekunlaşdırdı.