23.02.2023
23.02.2023-cü il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində 26 Fevral Xocalı faciəsi ilə bağlı "Unudulmayan tariximiz" adlı diskussiya təşkil olunub.Tədbirdə Samux şəhər 1saylı məktəb liseyinin şagirdləridə iştirak ediblər.
Tədbirdə ilk öncə Xocalı soyqırımı qurbanlarının və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Xocalı faciəsinə həsr olunmuş videoçarx tədbir iştirakçılarına təqdim olunub.
Daha sonra Xocalı faciəsinin tarixindən bəhs olunub. Bildirilib ki, Xocalı faciəsi erməni millətçilərinin və onların havadarlarının XIX əsrdən başlayaraq Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır. Fevralın 25-i gecə saatlarından şəhərin toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlanıldığı, fevralın 26-sı səhər saat 5 radələrində şəhərin tamamilə alova büründüyü bir daha şagirdlərin diqqətinə çatdırılıb.Şagirdlər də öz növbəsində Vətənə, doğma torpağa olan sədaqət və məhəbbət duyğularını şeirlər vasitəsilə nümayiş etdiriblər.
Tədbirdə məktəblilərə Xocalı faciəsində xalqımızın başına gətirilən dəhşətləri, dinc xalqa divan tutaraq misli görünməmiş vəhşilikləri törədən düşmənin əməllərini unutmamaq tövsiyə olunub.