22.02.2023
21.02.2023-cü il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Xocalı rayon Kosalar kənd Mədəniyyət evində Kosalar kənd mədəni -maarif müəssisələri və Xocalı rayon Yaloba kənd Tarix -Diyarşünaslıq muzeyinin təşkilatçılığı ilə "Xocalı Soyqırımı-itkin ruhlar" adlı tədbir keçirildi.Tədbirdə Xocalı rayon icra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva, Xocalı rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, vətən müharibəsi iştirakçıları, qəsəbədə fəaliyyət göstərən tam orta məktəblərin müəllim və şagird kollektivi, qəsəbə sakinləri iştirak etdilər.İlk öncə qəsəbədə ucaldılmış Ana Harayı abidə kompleksi ziyarət edildi.Daha sonra Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Dövlət Himni səsləndirildi.Söz Xocalı soyqırımının canlı şahidi Əzimov Şahin Həsənbala oğluna verildi.O qarlı, şaxtalı qış gecəsində başlarına gələn müsibətlərdən danışdı.Sonra çıxış üçün söz Vətən müharibəsi şəhidi Ramazanlı Əlzaminin anası Adilə xanıma verildi.Vətən müharibəsi iştirakçılarının çıxışları dinlənildi.Sonra söz Xocalı rayon Kosalar kənd icra nümayəndəsi Şahid müəllimə verildi.Yekun olaraq söz Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə xanım Qarayeva verildi.Xocalı Soyqırımı haqqında geniş məlumat verdi.Ulu Öndər Heydər Əliyev tərəfindən bu faciəyə verilən hüquqi-siyasi qiymətdən danışdı.Tədbirin sonunda məktəblilər tərəfindən hazırlanmış şeirlər dinlənildi.