22.02.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mərkəzləşdirilmiş Kitabxana sistemi şəhər kitabxana filialının təşkilatçılığı ilə 22 fevral 2022-ci il tarixdə Goranboy rayon Heydər Əliyev Mərkəzində 26 fevral Xocalı faciəsi ilə əlaqədər “Xocalı - Əsrin Faciəsi” adlı dəyirmi masa keçirdi. Keçirilən dəyirmi masada YAP Xocalı Rayon Təşkilatının sədri Vahid Əliyev, Heydər Əliyev Mərkəzinin, Goranboy şəhər Uşaq incəsənət məkəbinin, 1№-li Sənətkarlıq Klubunun, Tarix Diyarşünaslıq muzeyinin və Şəhər 2№-li Klubun əməkdaşları da iştirak etdi. Ermənilər tərəfində insanlığa sığmayan vəhşiliklə qətlə yetirilən Xocalı sakinlərinin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra Dəyirmi masanı giriş sözü ilə Şəhər kitabxana filialının multimedia mütəxəssisi Kəmalə İsmayılova açaraq, tədbir haqqında iştirakçılara məlumat verdi. Xocalı faciəsinin canlı şahidi YAP Xocalı Rayon Təşkilatının sədri Vahid Əliyev ermənilərin Xocalıda dinc əhaliyə qarşı etdikləri amansız qətliyamdan danışdı. 1№-li klubun müdiri Nazilə Kazımova mövzu ətrafında çıxış etdi. Dəyirmi masa faciə qurbanlarının əziz xatirəsinə ucaldılan abidənin ziyarəti ilə başa çatdı.