22.02.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin Mərkəzi Kitabxananın Uşaq şöbəsi 21.02.2023-cü il tarixində K.D. Uşinski adına 29 nömrəli məktəblə birlikdə Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar olaraq “Əbədi müstəqillik tarixi yazan lider“ başlığı altında ədəbi-bədii gecə keçirildi. Tədbir ulu öndərin və vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbiri uşaq kitabxanasının baş kitabxanaçısı Kifayət Sadıqova açaraq Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyev haqqında geniş məlumat verdi. Bildirdi ki, müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Tədbirdə iştirak edən məktəbin təşkilat rəhbəri Vüasalə Məmmədova öz çıxışında qeyd etdi ki, ulu öndər Heydər Əliyev öz misilsiz xidmətləri ilə xalqımızın qəlbində əfsanəvi şəxsiyyət kimi hörmət qazanıb. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə ulu öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. Tədbirin bədii hissəsi məktəblilərin ifasında “Sən elə bir zirvəsən“ mahnısı ilə başlayıb, ulu öndərə həsr olunmuş musiqili ədəbi - kompozisiya, şeirlər və musiqi nömrələri ilə davam etdi. Bütün tədbir boyu Ulu Öndər Heydər Əliyevin şərəfli həyat yolundan bəhs edən “Heydər Əliyev və Azərbaycan” adlı video-çarx nümayiş olundu.