Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Əsrlərin yadigarı Ana dili” mövzusunda tədbir keçirilib

22.02.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 №-li kitabxana filialı 21 fevral Beynəlxalq Ana dili günü münasibətilə “Əsrlərin yadigarı Ana dili” mövzusunda tədbir keçirib.

Tədbirdə Gəncə şəhər 37 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Mərkəzin bələdçisi Sevinc Bədəlova şagirlərə Ulu Öndər Heydər Əliyevin Xatirə Muzeyində nümayiş olunan eksponatlar haqqında ətraflı məlumat verib.

Tədbirin aparıcısı filial müdiri Mirvari Cəfərova 21 fevral Beynəlxalq Ana Dili Günü haqqında iştirakçılara məlumat verib.

Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova qeyd edib ki, dil hər bir millətin maddi-mənəvi irsini qoruyan, inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Azərbaycanda ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması Ulu Öndər Heydər Əliyevin dilin qorunmasına yönələn siyasətinin nəticəsidir. 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi bu istiqamətdə atılmış addımlardandır. Bu qanunun qəbul edilməsi Ümummilli Lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir.

Mərkəzin elmi işçisi Gülər Ellazova, bələdçisi Könül Süleymanova və 16 №-li kitabxana filialının multimedia mütəxəsisi Tünzalə İsmayılova öz çıxışlarında Azərbaycan dilinin yaranması, mənşəyi və qədimliyi haqqında danışaraq bildiriblər ki, Azərbaycan dili türk dilləri ailəsinin oğuz qrupuna daxil olan qədim və zəngin bir dildir. Azərbaycan dili kamil qrammatik quruluşa, zəngin söz fonduna, geniş ifadə imkanlarına, mükəmməl əlifbaya, yüksək səviyyəli yazı normalarına malik bir dildir. Bizim ana dilimiz doğma respublikamızın dövlət dilidir, poeziya dilidir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra Azərbaycan dilinin hərtərəfli inkişafı, zənginləşməsi, onun diplomatik aləmə yol açması dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birinə çevrilibdir.

Tədbirdə 37 nömrəli tam orta məktəbin şagirdləri Ana dilinə həsr olunmuş şeir kompozisiyası ilə çıxış ediblər.

 

568.6 KB