22.02.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı kitabxana filialında 21.02.2023-cü il tarixində Beynəlxalq Ana Dili günü ilə əlaqədar “Dilimizi sevək ,sevdirək” adlı söhbət keçirildi. Əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Filialın multimedia üzrə mütəxəssisi Günel Tanırverdiyeva Beynəlxalq Ana Dili Gününün tarixindən danışdı. Qeyd etdi ki, Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri böyükdür. Bu gün də Azərbaycan dövləti milli-mənəvi dəyərlərin qorunmasına və dilimizin inkişafına qayğı ilə yanaşır. 21 fevralın Beynəlxalq Ana Dili günü kimi qeyd edilməsinin əsas məqsədi ana dilimizi gələcək nəsillərə ötümək ,onlarda doğma dilimizə sevgi və hörmət hissini daha da artırmaqdan ibarətdir.Tədbirdə 34 saylı orta məktəbin şagirdləri iştirak edirdilər.