22.02.2023
Gəncə Regional Mədəniyyət Idarəsi Goranboy rayon Uşaq kitabxanası şəhər 2 saylı tam orta məktəbin və şəhid Rəşad İbrahimov adına Veyisli orta məktəbin müəllim və şagirdləri ilə birlikde 26 Fevral Xocalı soyqırımının ildönümü ilə əlaqədar “Unudulmayacaq tarix” mövzusunda tədbir keçirdi.Uşaq şöbəsinin müdiri Rəna Məhərrəmova tədbirin keçirilməsi haqqında məlumat verdi və Xocalı faciəsinin günahsız qurbanlarının xatirəsi bir dəqiqlik sükutla yad edildi. Uşaq şöbəsinin böyük kitabxanaçısı Gülər Aslanova “Xocalıya qayıdırıq” adlı məruzə ilə çıxış edərək qeyd etdiki , 2020 ci ildə başladığımız Zəfər mübarizəmizin qələbəsi olaraq artıq torpaqlarımız işğaldan azad olundu və bu o deməkdir ki Xocalıların qisası alındı.Biz Xocalıya qayıdırıq. Sonra məktəblilərin ifasında “Xocalım biz sənə qayıdırıq “adlı şeir kompozisiyası iştirakçılara təqdim olundu. Məktəblilər Xocalı faciəsini əks etdirən video-çarxa tamaşa etdilər.